Türkiyədə benzin 20% BAHALAŞDI

İyulun 16-na keçən gecə Türkiyədə benzin və dizel yanacağının qiymətləri 20% artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Yeni Akit məlumat verib.
Dünən yanacaqdoldurma məntəqələrində bir litr benzinin qiyməti 28,05 lirə və ya təxminən $1,07, dizelin qiyməti isə 26,31 lirə ($1,01-ə yaxən) olub. Resmi Gazete hökumət jurnalında yanacağın qiymətinin artımına dair qərar dərc olunandan sonra bir litr benzin və dizelin qiyməti müvafiq olaraq 34,08 lirəyə qədər və ya $1,30, və 32,04 lirəyə qədər və ya $1,22 artıb.
KİV tendensiyanı ayın əvvəlində əlavə dəyər vergisinin artması ilə əlaqələndirib. Reuters dəqiqləşdırıb ki, benzin üçün vergisi dərəcəsi bir litr üçün 2,52 lirədən 7,52 lirəyə ($0,1), dizelə vergi isə 2,05 lirədən 7,05 lirəyə qədər artıb.
Bloomberg qeyd edir ki, Türkiyə Maliyyə Nazirliyinin rəyinə görə, bu qərar mart ayında $104 milyard dəyərində fevral zəlzələlərinin zərərini ödəməyə imkan verəcək. Eyni zamanda, bu, inflyasiyanın artmasına səbəb ola bilər. (İnterfaks-Azərbaycan)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












