Türkiyədə daxili aviareyslər kəskin bahalaşıb

Türkiyənin aviasiya şirkətləri türk milli valyutasının rekord dəyərdən düşməsinin ertəsi günü, daxili reyslər üçün biletlərin qiymətinin yeni maksimum səviyyəsini təyin ediblər.
Hökumət ölkə daxilində birtərəfli aviadaşıma üçün yeni qiymət həddi təyin edib – 1650 lirə (61 dollar).
Avtosfer.az xəbər verir ki, bu haqda “Cümhuriyyət” qəzeti yazıb. Nəşrdə qeyd olunan məlumatlara əsasən, bu qərara vergilərin artması, eləcə də milli valyutanın dəyərdən düşməsi səbəb olub. Belə ki, ölkə aviaşirkətlərinin qiymətləri tənzimləmə sürəti təəccüblüdür: yaxın tarixlər və hətta avqustun sonları kimi uzaq tarixlər üçün bir istiqamətə biletlər 1650 lirəyə satılır.
Özü də bu vəziyyət yalnız “Türk Hava Yolları”nda deyil, həm də ucuz “AnadoluJet”də müşahidə edilir. Maraqlıdır ki, yeni qiymət həddi tətbiq olunana qədər aviabiletlərin qiymətləri daşıma sinfindən, yola düşmə və bronlaşma vaxtından asılı olaraq fərqlənirdisə, indi bu fərq keçmişdə qalıb. Xatırladaq ki, Türkiyə milli valyutası bir dollar üçün 27 lirədən də çox təşkil etməklə yeni tarixi minimum müəyyənləşdirib.
Trend
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










