Türkiyədən Azərbaycana qanunsuz keçən şəxsə cəza verildi

Türkiyədən Azərbaycana qanunsuz yolla keçən Şərur vətəndaşının işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 18-də baş verib.
Təqsirləndirilən şəxs Əhməd Məbudov (ad-soyad şərtidir-red.) izahatında bildirib ki, 26 dekabr 2024-cü ildə "Sədərək" sərhəd nəzarəti məntəqəsindən qanuni yolla dövlət sərhədini keçərək İstanbul şəhərinə gedib. Həmin tarixdən orada yaşayaraq Azərbaycan Respublikasına qayıtmayıb. Təqsirləndirilən şəxs Türkiyə Respublikasında qanunla icazə verilmiş müddətdən artıq yaşadığına görə deport olunacağından qorxduğu üçün dövlət sərhədini qaçaq yolla keçməyə qərar verib.
Təqsirləndirilən şəxs Dilucu buraxılış məntəqəsinin kənarında sərhədi keçmək üçün anlaşdığı şəxslə - Vüqar Teymurovla əlaqə saxlayıb. Həmin şəxs ona orada gözləməsini və gələcəyini bildirib. Təxminən 1-2 saat sərhəddə gözlədikdən sonra Vüqar ona yaxınlaşıb. Həmin şəxs ona buraxılış məntəqəsinin içərisindəki divarın dibi ilə qamışlıq sahədə təxminən 50 metr getdikdən sonra qabağına tikanlı məftilin çıxacağını, onun üzərindən atlandıqdan sonra Azərbaycan Respublikasının ərazisinə keçəcəyini bildirib.
O bildirib ki, hava qaranlıq olduğu üçün ərazini yaxşı görə bilməyib, ayağı çayın kənarında qamışlıq sahənin üzərindəki tikanlı məftilə ilişib və siqnalizasiya işə düşüb. Dərhal ayağını məftildən çəkərək özünü suya ataraq Azərbaycan Respublikası ərazisinə keçib. Bir qədər getdikdən sonra orada xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib












