Türkiyədən ölkəyə PUA-ya qarşı yeni antidron sistemləri gətirilib – FOTO

Azərbaycana Türkiyə müdafiə sənayesinin istehsal etdiyi İLTER PUA Aşkarlama və Əngəlləmə Sistemi gətirilib.
Avtosfer.az bildirir ki, bu barədə ordu.az hərbi saytı məlumat yayıb.
“Boğaziçi Savunma” şirkəti Azərbaycana yeni antidron sistemləri ixrac edib.
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə Türkiyədə həyata keçirilən sınaqlardan sonra İLTER J250 PUA Aşkarlama və Əngəlləmə Sistemi ilə İLTER HP Mobil Yüksək Güclü GNSS Aldatma və İSM Əngəlləmə Sistemi modellərinin çatdırılması həyata keçirilib.
Azərbaycandan alınan müxtəlif sistem tələbləri də yaxın günlərdə rəsmi qurumlara təqdim olunacaq.
Türkiyədə istehsal olunan İLTER-i 10-dan çox ölkəyə ixrac olunur.
“Boğaziçi Savunma” tərəfindən 90 faizdən çox yerli istehsal nisbəti ilə inkişaf etdirilən İLTER PUA Aşkarlama və Əngəlləmə Sisteminə həm ölkə daxilində, həm də xaricdə tələbat artır.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












