Türkiyədən Rusiyaya gedən "TIR" Balakəndə yanıb

Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşınında yanğın olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
Türkiyə-Rusiya marşutu ilə hərəkət edən, Türkiyə dövlətinin “SarpTur” firmasına məxsus, Türkiyə vətəndaşı Əhməd Atabəy İsmayıl oğlunun idarə etdiyi iritonnajlı TIR maşınının qoşqu hissəsinin kuzova birləşən yerində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Maşının elektrik naqillərində baş verən yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb. Daha sonra maşın marşut üzrə hərəkətini davam etdirib.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












