Türkiyənin Sabiha Gökçen hava limanında yüzlərlə arı aşkarlandı - VİDEO

Türkiyənin Sabiha Gökçen Hava Limanında Gömrük Mühafizə qrupları tərəfindən 1230 ədəd arı ələ keçirilib.
Arılar sərnişinlərdən birinin baqajında aşkarlanıb.
Mühafizə qrupu ölkə xaricindən Sabiha Gökçen Hava Limanına enən və pasport əməliyyatları zamanı gərgin vəziyyəti ilə diqqət çəkən əcnəbi sərnişindən şübhələnib. Sərnişinin baqajı ətraflı yoxlanılıb və hər qutuda 6 ədəd olmaqla ümumilikdə 205 şəffaf qutuda 1230 ədəd Karniyol cinsindən olan arı aşkarlanıb.
Bu arılar ekoloji şəraitə daha tez uyğunlaşır və digər cinslərə nisbətən yaz aylarında daha qısa müddətdə çoxalırlar, məhsuldarlıqları daha çoxdur, bu səbəblərdən də qaçaqmalçıların əsas hədəfinə çevriliblər.
Hadisə ilə bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
oxu.az
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












