"Türkiyəyə gedib efirə çıxmaq üçün maşınımı satdım" - Nadir Bayramlı

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Nadir Bayramlı olub.
Müğənni Türkiyədə efirə çıxmaq üçün avtomobilini satmasından danışıb:
"İlk avtomobilim ağ rəngdə "VAZ 2106" olub. Türk kanallarında efirə çıxmağı, orda da tanınmağı çox arzulayırdım. Artıq Bakıda müəyyən qədər tanınmışdım. "Sevgililər görüşəndə" adlı mahnım populyar olmuşdu. Musiqi albomu da yazdırmışdım, amma hələ çıxmamışdı. Düşündüm ki, Türkiyəyə gedib çalışım ki, o mahnını efirdə səsləndirim. Pulum yox idi, avtomobilimi satmağa məcbur oldum. Qayınım Türkiyədə yaşayırdı, ona zəng vurdum ki, orda efirə çıxmaq istəyirəm. Dedi ki, tanışım var,efirə çıxmağa o kömək edə bilər. O vaxt İzzet Altınmeşənin "İzzet-i ikram" verilişi var idi, biz də ora görüşə getdik ki, bəlkə növbəti verilişdə bizi də dəvət edər. O qrim otağında olanda bizlə görüşdü. Və elə həmin gün efirə çıxardı. Mahnımı oxudum".
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












