Üç erməni Krım körpüsündə terror aktına görə ömürlük həbs olundu

Krım körpüsündəki terror aktında iştirak edən üç erməni - Artyom və Qriqori Azatyanlar, eləcə də yük maşınının sürücüsü Artur Terçanyan bununla bağlı məhkəmə işində digər beş fiqurantla birlikdə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Bu barədə Avtosfer.az "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qərar bu gün Rostov şəhərindəki Cənub Dairəsi Hərbi Məhkəməsi tərəfindən verilib.
Qeyd edək ki, insidentdə 8 nəfər təqsirli bilinib: Artyom və Qeorqi Azatyanlar, Oleq Antipov, Aleksandr Bılin, Vladimir Zloba, Dmitri Tyajelıx, Roman Solomko və Artur Terçanyan.
Təqsirləndirilən şəxslər (fiqurantlar) terror aktı və silah və ya partlayıcı maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Bundan əlavə, Solomko və Terçanyana qarşı, həmçinin partlayıcı qurğuların qaçaqmalçılığı üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, 8 oktyabr 2022-ci ildə səhər Krım körpüsündə yük maşını partlayıb və yanacaq çəni alovlanıb. Hücum nəticəsində 5 nəfər həlak olub. Hadisə ilə bağlı cinayət işi açılıb. Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsünə hücumda iştirak edən 8 nəfərin həbs olunduğunu bildirib. İstintaq versiyasına görə, hücumun təşkilatçısı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov olub. Ukrayna Təhlükəsizlik Xidməti sədrinin birinci müavini Malyuk və şəxsiyyəti müəyyənləşdirilməyən şəxslər qrup yaradıblar və bu qrupa qeyd edilən fiqurantlar cəlb olunublar.
Daha sonra körpüyə çatdırılan partlayıcı maddə Ukraynada istehsal edilib. Qurğu tikinti polietilen plyonka rulonlarında gizlədilib və mürəkkəb marşrutla Odessadan gətirilib - Ermənistan, Gürcüstan və Ukrayna vətəndaşlarının köməyi ilə yük Poti limanına daşınıb, İrəvanda gömrükdən keçirilib və "Verxniy Lars" buraxılış məntəqəsindən Rusiyaya aparılıb. Marşrutun təşkilatçısı ukraynalı Andrey Şaraşidze olub.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!












