Üç rayonda icra başçısı vəzifəsi boşdur

Hazırda Azərbaycanda icra başçısı olmayan rayonların sayı 3-dür. Bunlar Gədəbəy, Naftalan və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır. Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib. O.Mürsəlov 11 avqust 2022-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabr ayından Naftalanın icra başçısı idi.
Hazırda Mürsəlov və Novruzovun yerlərinə təyinat yoxdur.
2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












