Uçuş qorxusunu necə aradan qaldırmalı?

Bu gün aerofobiya, yəni təyyarə ilə uçuşdan qorxmaq kimi problem bir çox insanda müşahidə olunur. Lakin elə yerlər var ki, ora yalnız təyyarə ilə getmək mümkündür. bəs nə etməli?
Avtosfer.az-ın xəbərinə görə, çoxları belə düşünür ki, tünd spirtli içki qorxunu aradan qaldırır. Hətta bəzən “həkimlər” də bunu tövsiyə edirlər. Lakin qətiyyən olmaz.
Aviasiya fiziologiyası ilə məşğul olan həkimlərin fikrincə, spirtli içki ürəyin yükünü artırır. Üstəgəl, özünü qeyri-adekvat aparan sərxoş sərnişin hava gəmisinə buraxılmaya da bilər.
Qorxmamaq üçün qazlı su və xüsusən də enerji içkilərindən qaçmaq lazımdır. Təyyarəyə ac da minmək olmaz. Uçuşdan 2 saat əvvəl ət xörəyi (zülal), göyərti və meyvə-tərəvəz (karbohidrat) qəbul etmək lazımdır.
Salonda isə, qorxudan oturacağa yapışıb qalmaq ürəyi gücə salır. Bu səbədən də vaxtaşırı oturuş pozasını dəyişmək və dərindən nəfəs almaq kömək edir.
Ən əsası, unutmayaq ki, aviasiya ən təhlükəsiz nəqliyyatdır. Ölkəmizdə hər gün ölümlə nəticələnən yol qəzası qeydə alınır. Həftə sonları azı 4, bayram günləri isə 10 nəfər həyatını itirir. Son 10 ildə ölkəmizdə insan tələfatı ilə nəticələnən aviaqəza baş veribmi? Mən xatırlamıram.
Vüqar
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










