ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Komitə sədrinin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəllə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb.
Görüşdə DGK ilə ÜGT arasında uzun illərə dayanan səmərəli və işgüzar əməkdaşlıqdan söhbət açılıb, Azərbaycan gömrüyünün inkişafında, gömrük sahəsində müasir yeniliklərin tətbiqi, əməkdaşların potensialının gücləndirilməsində təşkilatın mühüm rolundan bəhs edilib.
Şahin Bağırov Regional Ofisə rəhbərliyi dövründə Əsər Çəngəlin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətindən məmnunluqla danışıb, gələcək işlərində uğurlar arzulayıb.
Əsər Çəngəl təmsil etdiyi qurumla DGK arasındakı əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini, təşkilatın regional qurumunun Bakıda yerləşməsinin, eləcə də Azərbaycanın ÜGT çərçivəsində aktiv fəaliyyətinin səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












