Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşüb - FOTO

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış azərbaycanlı hərbçi itkin düşüb.
“Report”un Şərqi Avropa bürosunun yerli hərbi mənbələrdən aldığı məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi, 1997-ci il təvəllüdlü Tərlan Eyvaz oğlu Osmanov bu il iyunun 25-i ərəfəsində Liman ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yerə yıxılıb. Həmin andan etibarən ondan heç bir məlumat yoxdur.
Əslən Bakı şəhərindən olan T.Osmanov pulemyotçu olaraq həmin döyüşdə son gülləsinə qədər döyüşərək mövqeyini tərk etməyib, döyüşdə həlledici qəhrəmanlıq göstərib. Hərbçi yoldaşları son dəfə onu döyüş zamanı aldığı güllə zərbəsindən yıxıldığını görüblər. Ukrayna Silahlı Qüvvələrinə məxsus N saylı briqada ərazidən həmin döyüş zamanı həlak olan və yaralananları götürərkən həmyerlimizin də onların arasında olub-olmaması ilə bağlı məlumat təsdiqlənməyib.
Hazırda onunla bağlı axtarışlar davam edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












