“Ukrayna “Türk axını”na PUA-larla hücum edib” - Rusiya

"Volodimir Zelenskinin ABŞ-yə səfəri günü Ukrayna Ordusu Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum edib”.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqram kanalında məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, üç pilotsuz təyyarə “Türk axını” ilə qaz tədarük edən “Russkaya” kompressor stansiyasının infrastrukturuna hücum etməyə cəhd edib və vurulub. Qeyd edilib ki, bu, stansiyaya ilk hücum deyil.
“Fevralın 28-nə keçən gecə V. Zelenskinin Vaşinqtona səfəri fonunda Kiyev rejimi Avropa ölkələrinə qaz nəqlini dayandırmaq üçün üç təyyarə tipli PUA-dan istifadə edərək Qay-Kodzor (Krasnodar diyarı) kəndində yerləşən “Russkaya” kompressor stansiyasının infrastrukturuna növbəti hücum cəhdi edib”.
Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hava hücumundan müdafiə bölmələri hər üç pilotsuz təyyarəni normal rejimdə işləyən kompressor stansiyasından təhlükəsiz məsafədə vurub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












