Umayra Tağıyeva Bakıdakı güclü yağışda ölənlərdən danışdı

Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.
Avtosfer.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən “İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.
Nazir müavininin sözlərinə görə, son on ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı 6 dəfə artıb. Meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb. Yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.
“Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır”, – deyə Umayra Tağıyeva vurğulayıb.
O, əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb: “Bu ilin aprel ayında Bakıda bir sutkada yağan yağıntının miqdarı üç aylıq normanı ötüb və nəticədə iki nəfər həyatını itirib. 2019-cu ildə isə güclü külək paytaxtın infrastrukturuna zərər vurub. Belə halların qarşısını almaq üçün dövlət qurumları arasında koordinasiyalı fəaliyyət və hava proqnozlaşdırma sistemlərinin inkişafı vacibdir”.
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










