Ümummilli tətillər başladı - Nəqliyyat sektoru iflic ola bilər

Portuqaliyanın həmkarlar ittifaqı konfederasiyalarının təşəbbüsü ilə Qərbi Avropa ölkəsində ümummilli tətil başlayıb. Kütləvi etiraz aksiyasının hava və dəmir yolu ilə sərnişin və yük daşımalarında ciddi pozuntulara yol açacağı, hökumətin bir sıra xidmət sahələrinin müəvvəqəti olaraq fəaliyyəti dayandıracağı gözlənilir. Avtosfer.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Aksiyanın Portuqaliyanın son 10 il ərzində ən böyük tətili olduğu iddia olunur. Dövlət sektoru işçiləri başlıca olaraq sağ-mərkəzçi hökumətin məşğulluqla bağlı qanunvericiliyə dəyişik planlarına etiraz edir. Dəyişikliklə bağlı təkliflərdə işəgötürənlərin işçiləri işdən azad etməsini asanlaşdıran, dövlət sektorunda işçilərin tətil etmək hüququnu məhdudlaşdıran, körpəli anaların südvermə fasilələlərini azaldan müddəalar nəzərdə tutulur. Portuqaliya Avropa İttifaqının ən kiçik iqtisadiyyatlarından birinə malikdir və burada işçilər 27 üzv ölkə arasında ən az əməkhaqqı alanlar sırasındadır. Portuqaliyanın Milli Statistika İnstitutunun məlumatına görə, orta aylıq əməkhaqqı ( vergi çıxılmadan) təxminən 1 600 avro təşkil edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












