Banner

UNESCO-dakı səsvermədə Azərbaycan Ermənistana böyük səs fərqi ilə qalib gəldi - FOTO

Xəbərlər 27 Noyabr 2025 16:56 Oxunub 318
UNESCO-dakı səsvermədə Azərbaycan Ermənistana böyük səs fərqi ilə qalib gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məlum olduğu kimi, 24 noyabr tarixində Parisdə UNESCO-nun ən əhəmiyyəli Komitələrindən olan Ümumdünya İrs Komitəsinə seçkilər keçirilib.

Redaktor.az seçkilərin təfərrüatlarına dair yeni məlumatlar əldə edib.

Məlumat üçün bildirək ki, ölkəmiz dünən baş tutmuş səsvermədə Komitəyə üzv seçilib. Bu Komitə Təşkilatın Ümumdünya İrs Siyahısın tərtib olunmasına və İrs Fondunun vəsaitləri üzrə sərəncam vermək səlahiyyətinə malikdir. Komitə 21 üzv ölkədən ibarətdir.  

Əldə etdiyimiz məlumata əsasən, Şərqi Avropa Qrupu üçün Komitədə ayrılmış bir vakant yerə Azərbaycanla yanaşı Ermənistan, Polşa, Çexiya və Sloveniya mübarizə aparıb. Azərbaycanın rəqiblərinin uzun sürən təşviqat-təbliğat kompaniyası və əlaqələndirilmiş fəaliyyətlərinə rəgmən, ölkəmiz elə ilk turda inamla qələbəsini təmin edib.

Belə ki, səsvermənin ilk mərhələsində 161 səsdən Azərbaycan 92 səs, Ermənistan 21 səs, Çexiya 28 səs, Polşa 11 səs, Sloveniya isə 9 səs yığıb. Azərbaycan ən yaxın rəqibindən, o cümlədən Ermənistandan üç dəfədən çox səs yığaraq məhz regional qrup üçün nəzərdə tutulan yer üzrə qalib olub. Səsvermənin ilk mərhələsində rəqibimiz olmuş dörd ölkənin toplam səsinin 69 səs olduğu halda, ölkəmizin 92 səs əldə etməsini dünya ictimayyətinin Azərbaycana mədəni irsin qorunması sahəsində birmənalı inam və etimadının və bu sahədə ölkəmizin əldə ehdiyi uğurların növbəti bariz nümunəsi hesab etmək olar.

Seçkilərin birinci məhələsində məğlub olmuş 11 ölkə, o cümlədən Komitədə regional yeri əldə edə bilməyən Ermənistan, Polşa və Çexiya açıq yerlər uğrunda keçirilmiş ikinci tur səsverməsində iştirak edib. Bu mərhələdə, 5 açıq yer uğrunda daha az rəqabət şəraitində keçirilmiş səsvermənin nəticəsində keçid səsi 42 olmaqla hər üç ölkə, o cümlədən əlavə olaraq Banqladeş 84 səs, Monqolustan 97 səs əldə edərək Komitəyə üzv seçilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh