“Uşaqlar bizim gələcəyimizdir” mövzusunda növbəti konfrans keçirildi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Xəzri İstirahət və Sağlamlıq mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda növbəti konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, toplantıda DİN-in aidiyyəti qurumlarının əməkdaşları ilə yanaşı, Baş Prokurorluq, Ədliyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, QHT rəhbərləri və digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə azyaşlıların sağlam mühitdə tərbiyə olunması, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş kimi yetişməsi istiqamətdə görülən və qarşıda duran məsələrin həlli yolları müzakirə edilib.
Qeyd edilib ki, bu gün DİN digər aidiyyəti qurumlarla birgə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik, beynəlxalq normativ hüquqi aktlar əsasında təkmilləşdirilmiş formada həyata keçirir.
Çıxışlarda uşaq və gənclərin radikal dini təsirlərdən qorunması, zorakılığa və qeyri-insani rəftara məruz qalması, eləcə də internet təhlükəsizliyi ilə bağlı tədbirlərin daim diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb.
Həmçinin, konfransda uşaq və gənclərin təhsildən yayındırılma, erkən nikahlar və zərərli vərdişlərə meyllilik kimi neqativ hallara qarşı mübarizəni daha da səmərəli təşkilinin zəruriliyi diqqətə çatdırılıb.
Bildirilib ki, gələcəyin xoşbəxt və sağlam cəmiyyət modelinə zərbə olan bu kimi neqativ hallara qarşı təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir fərdi öz mövqeyini nümayiş etdirməlidir.
Tədbir çərçivəsində müzakirə olunan mövzularla bağlı DİN və digər qurumların təklifləri səsləndirilib, hüquqi maarifləndirmə və təbliğat-təşviqat işinin gücləndirilməsinin prioritet məsələlərdən olduğu qeyd olunub.

Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq











