Uşaqların koronavirusu ən ağır keçirdiyi yaş dövrü açıqlandı

Koronavirusun ağır forması əsasən bir yaşadək uşaqlarda qeydə alınır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Federal Dövlət Büdcə İnstitutunun tədqiqat işləri üzrə direktor müavini Aleksandr Qorelov bəyan edib.
Onun sözlərinə görə, uşaqların yarısı virusu yüngül formada, 1/3-də simptomsuz keçir.
“Ağır və orta dərəcədə forma əsasən bir yaşa qədər uşaqlarda qeydə alınır. Üç yaşdan yuxarı uşaqlarda əsasən xəstəliyin yüngül və orta formaları qeydə alınır”, - Qorelov vurğulayıb.
Bundan əvvəl Rusiya Pediatrlar Şurasının İcra Komitəsinin rəhbəri Leyla Namazova-Baranova uşaqlarda koronavirusun təhlükəli nəticələri barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, koronavirusdan sağalan uşaqların 30 faizində idrak funksiyalarında azalma, oğlanların spermatogenezində isə ciddi dəyişiklik müəyyən olunub ki, bu da aşağı fertilliklə nəticələnə (nəsilvermə) bilər.
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR










