“Uşaqlıqda nə topum, nə velosipetim olub” – Əlikram Bayramov

“Oğluma deyirəm, ata nəvazişi göstərməyə çalışıram, amma onun nə olduğunu bilmirəm, görməmişəm. Görmədiyin bir şeyi insana necə deyə bilərsən? Mən yarımçıq həyat yaşamışam”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "Öz aramızda" verilişində qonaq olan Əlikram Bayramov deyib.
Oğlu Qalib Bayramovla birlikdə verilişə qatılan müğənni həyatı haqqında bir sıra təsirli məqamlara toxunub:
"Övladın ata sevgisinin nə olduğunu bilməməsi çox çətindir. 5 yaşıma qədər elə bilirdim ki, ata və ana eyni insandır. Atamdan görmədiyim nəvazişi öz oğluma göstərməyə çalışmışam. Oğluma da hər zaman deyirəm ki, övladlarına hər zaman ata nəvazişi göstərməyi bacar".
İfaçı bildirib ki, uşaqlıqda heç topu da olmayıb:
"Oğluma zəhmətin nə olduğunu da göstərmişəm. Taksi də sürüb, bazarda mal da satıb. Onu da etməsəydim övladım bu gün üzümə qayıdardı. Xoşbəxtlik puldan ibarət deyil. Oğluma 2 təhsil vermişəm. Düzdür, ikinci dəfə təhsil alanda çox əsəbiləşmişdim. Düşünürdüm ki, heç vaxt girə bilməz. Konservatoriyaya qəbul oldu. Eşidəndə çox təəccübləndim. Bacardığım qayğını göstərməyə çalışmışam. Görmədiyim bir şeyi isə göstərə bilmərəm. Uşaqlıqda heç topum da olmayıb. Velosipet də sürə bilməmişəm heç vaxt".(yenisabah)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












