Usta təzə maşını yararsız hala saldı - Sürücüdən şikayət - FOTO

Cəlilabadda sürücü avtomobil ustasının ucbatından xeyli miqdarda ziyana düşüb.
Bu barədə Bakupost.az-a müraciət edən Yardımlı sakini Elvin Zamanov bildirib ki, bir müddət əvvəl sərnişindaşıma ilə məşğul olmaq üçün "Mercedes" markalı avtomobili kreditə götürüb.
Bu günlərdə avtomobildə nasazlıq yaranıb və o, Cəlilabadda Fariz adlı ustaya müraciət edib: “Fariz usta dedi ki, maşının “karobka”sı xarabdır. Getdim, "karobka", yağ, nə dedisə, hamısını aldım. 500 manat ustanın əməkhaqqı olmaqla, təmirə 3500 manat pulum çıxdı. Dediyi hər şeyi aldım, motoru 1 həftəyə yığıb verdi. Motora su yığılmışdı. Təmir zamanı bildirdim ki, matorun altını açaq, yağ nasosuna da baxaq. Dedi narahat olma, sür get".
Elvin Zamanov deyir ki, təmir sexindən 500 metr aralandıqdan sonra maşında xəbərdaredici işıqlar yanıb: "Şəklini çəkib ustaya atdım. Dedi, sür narahat olma, ciddi bir məsələ deyil. Bir az sürdüm, motor yandı və maşın dayandı. Bakıda hansı ustaya apardımsa, dedilər ki, motor düzələsi deyil. Motorun qiyməti 6000 min manatdır. Bu maşına 3500 xərc çəkmişəm. İlkin ödənişi də nəzərə alsaq, üst-üstə 12 min manat pulum çıxıb. Maşın ustanın məsuliyyətsizliyi ucbatından yararsız hala düşüb. Nə edəcəyimi bilmirəm. Sahibi deyir ki, pulumu ödəməlisən”.
E.Zamanov məsələ ilə bağlı ustaya müraciət etsə də, o, günahı boynundan atıb. Çıxılmaz vəziyyətdə qalan sürücü məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edcəyini bildirib.


Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












