Virusoloq COVID-19-un laboratoriyadan sızması barədə xəbərləri təkzib edib

Uxan Virusologiya İnstitutunun aparıcı virusoloqlarından biri Şi Çjen Li koronavirusun institutun laboratoriyasından yayılması barədə məlumatları təkzib edib.
Avtosfer.Az AZƏRTAC-a istinadən bildirir ki, jurnalistlərin pandemiyadan öncə laboratoriyada yeni koronavirus mənbəyinin olması barədə suallarına "yox" cavabı verən virusoloq belə şübhələri əsassız adlandırıb.
Qeyd edək ki, bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirusun mənşəyini araşdırmaq üçün yanvar-fevral aylarında beynəlxalq ekspertlər qrupunun Çinə səfəri barədə hesabatın tam versiyasını dərc edib. Missiyanın yekun sənədinə əsasən, koronavirusun heyvanlar arasında, daha sonra isə insanlar arasında ötürülməsi daha inandırıcı ssenari hesab edilib. Virusun laboratoriya şəraitində əmələ gəlməsi ehtimalı isə zəif qiymətləndirilib.
Hesabat dərc edildikdən sonra ABŞ, Avstraliya, Böyük Britaniya, Danimarka, İsrail, Kanada, Latviya, Litva, Norveç, Sloveniya, Çexiya, Estoniya, Cənubi Koreya və Yaponiya ÜST-nin Çində apardığı tədqiqatla bağlı narahatlıqlarını ifadə edib. Nəticələrlə bağlı 14 ölkənin birbaşa tənqidi olmasa da, ekspertlərin işinin xeyli ləngimələrlə aparılması, həmçinin bütün informasiyaya və nümunələrə girişin olmaması qeyd edilib.
Son zamanlar virusun mümkün laboratoriya mənşəli olması ilə bağlı bəyanatlar yenidən ortaya atılıb. Ağ ev koronavirusun laboratoriyada baş verən qəza nəticəsində yayılması versiyasının hələ istisna edilmədiyi barədə reliz yayımlayıb. ABŞ kəşfiyyatı virusun mənşəyinin iki versiyasını - heyvandan insana ötürülməsi və laboratoriyadan yayılmasını mümkün sayır. "Times" qəzeti isə öz mənbələrinə istinadla Böyük Britaniyanın Kəşfiyyat Xidmətinin SARS-CoV-2 virusunun laboratoriyadan sızmasını "mümkün" hesab etdiyi barədə məlumat yayıb. Məlumatı şərh edən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib ki, COVID-19 infeksiyasının mənşəyini araşdırmaq xüsusi xidmət orqanlarının deyil, alimlərin işidir.
Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə ÜST-ni məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib və sonradan həmin virus rəsmən COVID-19 adını alıb. Ötən il mart 11-də ÜST yeni koronavirusun yayılmasını pandemiya elan edib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












