"Vnukovo" aeroportu Rusiyada öz metro stansiyası olan ilk hava limanı olub

Moskvanın "Vnukovo" aeroportu Rusiyada öz metro stansiyası olan ilk hava limanı olub.
Avtosfer.az xəbər verir ki, Moskva metropoliteninin Kalininsko-Solntsevskaya xətti Vnukovo hava limanına çatıb. Yeni metro stansiyası "Aeroport Vnukovo" adlandırılıb.
Yeni stansiyadan əlavə, Moskvada daha bir metro körpüsü istifadəyə verilib. Bu, Moskvada sayca on ikinci metro körpüsü olub və Moskva çayı üzərindəki Lujniki metro körpüsündən sonra ən uzun ikinci metro körpüsü olub.
Qeyd edək ki, 1935-ci ildən fəaliyyətdə olan Moskva metropoliteni istifadə intensivliyinə görə, Pekin, Tokio, Şanxay, Seul və Quançjoudan sonra dünyada altıncı, ekspluatasiya xətlərinin uzunluğuna görə Avropada birinci, dairəvi xəttlərinin sayına, Madrid və Pekin metropolitenindən sonra ikinci yerdə gəlir. Hazırda Moskva metropoliteninin 259 stansiyası mövcuddur.
apa
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












