Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.
Bu barədə məlumatı Xaçatryanın qızı Vera Xaçatryan açıqlayıb.
Onun sözlərinə görə, BQXK nümayəndələri, həmçinin Vaqif Xaçatryanın ailəsinə yazdığı məktubu da ailəsinə təqdim ediblər. V.Xaçatryan öz məktubunda vəziyyətinin yaxşı olduğunu, hər zaman ailəsi haqda düşündüyünü qeyd edib.
Xatırladaq ki, Vaqif Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. (qafqazinfo)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












