Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb - VİDEO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd (ümumi çəkisi 375 kiloqram 100 qram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Kamalovun barəsində həbs qətimkan tədbiri seçilib.
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO












