Xalq artistinin sanatoriya şikayəti ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kim, Xalq artisti Tariyel Qasımov Bilgəh Kardioloji Sanatoriyasında özünə qarşı hörmətsizlik olunması ilə bağlı iddialar səsləndirib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor bunu göndərişdə göstərilən tək otağın ona verilməməsi ilə əsaslandırıb:
“Bir həftə qaldım, çox pis şəraiti var, insanlara pis qulluq edirlər. Bu səbəbdən də acıq edib getdim. Acığın da dövlətə ziyanı var. Həmin sanatoriyada hər il oluram. Mənə gözəl qulluq ediblər, sənətkara, aktyora xüsusi diqqət olub. İndi oraya təzə rəhbərlik gəlib, davranışını, özünü idarə edə bilmir”.
Məsələ ilə bağlı “Bilgəh” kardioloji sanatoriyası “Qafqazinfo”ya açıqlama verib:
“Xalq artisti Tariyel Qasımovun “Bilgəh” kardioloji sanatoriyası ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və tamamilə böhtan xarakteri daşıyır.
Nəzərinizə çatdırırıq ki, hörmətli Xalq artisti həmkarlar ittifaqlarından aldığı rəsmi yollayış əsasında sanatoriyaya gəlib. Yollayışda onun ikinəfərlik otaqda qalacağı qeyd olunub və sənədə əsasən, o, digər bir şəxslə birlikdə həmin kateqoriyaya uyğun otaqda yerləşdirilib.
Lakin daha sonra Tariyel Qasımov bu şəraitlə razılaşmadığını bildirərək birnəfərlik otağa keçirilməsini tələb edib”.
Açıqlamada qeyd edilib ki, sanatoriyanın inzibati heyəti tərəfindən ona bildirilib ki, bu dəyişiklik yalnız yollayış sənədinin dəyişdirilməsi əsasında həyata keçirilə bilər. Həmçinin qeyd olunub ki, hazırda sanatoriyada bütün otaqlar tam doludur və belə bir dəyişiklik indiki halda mümkün deyil:
“Bundan əlavə, hörmətli Tariyel Qasımov sanatoriyada olduğu müddətdə tibbi prosedurlara davamlı olaraq qatılmayıb, həkimlərin tövsiyələrinə əməl etməyib və daxili nizam-intizam qaydalarına səthi yanaşıb. Diqqətinizə çatdırırıq ki, bu hal sanatoriyanın müalicə və reabilitasiya rejiminə uyğun gəlmir.
Bir daha bildiririk ki, “Bilgəh” kardioloji sanatoriyasında göstərilən xidmətlər bütün pasiyentlərə bərabər əsaslarla, yollayış sənədlərində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə təqdim olunur”.

DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb








