Xaricdə təhsil adı ilə dələduzluq: 100 min manatlıq QALMAQAL - FOTO

Xaricdə təhsil və iş üzrə “Smart Business Group” şirkətinin direktoru Anar Xəlilov barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun icraatındadır. Doqquz yanvar 2024-cü il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Bu ilin aprelində mediada həkim, reanimatoloq Gündüz Qasımovun Anar Xəlilovun əməlləri ilə bağlı müraciəti dərc edilib. Gündüz Qasımovun sözlərindən aydın olur ki, o da Anar Xəlilovun qurbanlarından biridir.
Həkim bildirib ki, Anar Xəlilov özünü vətəndaşlara Azər Əliyev kimi təqdim edib:
“Mənimlə birlikdə 50-dən çox insana Türkiyə, Avropa universitetlərinə qəbul, Amerikaya səyahət, Avropada iş vizası almaq, eləcə də guya Rusiya və Türkiyədən deport olunmuş şəxslərin adının siyahıdan çıxarılması vədlərini verib. Müxtəlif adamlardan ümumilikdə 100 min manatdan çox pul alıb”.
Gündüz Qasımovun sözlərinə görə, Anar Xəlilov üç dəfə dədləduzluq əməlinə görə mühakimə olunub. Sonuncu dəfə Monteneqroda həbs edilib. Lakin bir müddət Kürdəxanı təcridxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.
Anar Xəlilovun cinayət işi üzrə 5 nəfər zərəçəkmiş qismində tanınıb. 178.3.2-ci maddə ilə Anar Xəlilovu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. (qaynarinfo)
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










