XƏBƏRDARLIQ: Binalarda yerləşən klinikaların rentgen kabinetləri RADİASİYA VERƏ BİLƏR - VİDEO

Azərbaycanda radiasiya yayan qurğulara nəzarət məsələsi gündəmə gəlib.
Belə ki, yaşayış binalarının alt mərtəbələrində fəaliyyət göstərən özəl klinkaların əksəriyyətində rentgen, kompüter-tomoqrafiya müayinəsi kabinetləri fəaliyyət göstərməkdədir.
Şəhər sakinlərinin bir çoxu yaşadıqları ərazidəki klinikalarda rentgen kabinetlərinin onların yaşadıqları mənzilə yaxın olmasını radiasiya təhlükəsizliyinin pozulması kimi dəyərləndirir, bəziləri isə ümumiyyətlə bununla bağlı narahatlıq yaşamadıqlarını dilə gətirir.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri Emin Mansurov qeyd edib ki, rentgen kabinetlərinin yaşayış binalarının altında birbaşa yaşayış sahəsi ilə təmasda istifadəsi qadağandır.
Agentlik rəsmisi qeyd edib ki, bu kimi müəssisələrdə yoxlama tədbirləri keçirilir, şərait yerində qiymətləndirilir.
Emin Mansurov bu qaydaların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapdığını bildirib.
Sənədə əsasən, yaşayış binalarındakı tibb müəssisələri Səhiyyə Nazirliyinin 2009-cu ildə təsdiq edilmiş "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar" nəzərə alınmalıdır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












