XƏBƏRDARLIQ - Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz" İB-dən verilən məlumata görə, saat 08:00-dan “Kürdəmir” ölçü qovşağından qidalanan qaz kəmərinin və saat 10:00-dan “Türkan-1” QPS-dən Türkan qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması, saat 10:00-dan Yasamal rayonu Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin kəsişməsində istismarı dayandırılmış qaz xəttinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Ucar” QPS-in ərazisində yeni siyirtmələrin və saat 10:00-dan “Tovuz” QPS-in qol qaz kəməri üzərində 200 mm-lik siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Türkan qəsəbəsinin, Yasamal rayonunun Ü.Əkbərov və D.Bünyadzadə küçələrinin, Yeni Yasamal massivinin (tam olaraq) və 2-ci Alatava yaşayış massivinin (bir hissəsinin), Kürdəmir rayonunun (bir hissəsinin), Ucar, Ağstafa və Tovuz rayonlarının (tam olaraq) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












