Xəzər və Volqa boyu “çay-dəniz” formatında kruiz marşrutu yaradılır

“Çay-dəniz” formatında yeni kruiz marşrutu çərçivəsində Azərbaycan, Qazaxıstan, İran və Dağıstan Respublikasına səfər etmək olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya Federasiyasında turizmin inkişafı üzrə Dövlət Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib.
“Biz unikal kruiz məhsulu növünü, yəni bir neçə ölkəyə səfər etmək imkanı ilə Xəzər dənizində birləşmiş dəniz kruizini və Volqa boyunca çay kruizini təklif etməyə hazırıq”, - deyə İqor Babuşkin bildirib.
O, aydınlıq gətirib ki, bu kruiz çərçivəsində turistlər Həştərxan, Aktau (Qazaxıstan), Ənzəli (İran), Bakı (Azərbaycan) və Mahaçqala (Dağıstan) şəhərlərini ziyarət edə biləcəklər.
Xatırladaq ki, bundan öncə Xəzər marşrutunun yeni “Böyük Pyotr” layneri ilə təşkil edilməsinin nəzərdə tutulduğu bildirilirdi. Layner ötən ilin dekabrında dəniz sınaqlarından keçib.
Layner eyvanlarla, terraslarla, ön müşahidə salonu və iki hissədən ibarət "günəşli" göyərtəsi olan "üzən otel" kimi dizayn edilib.
apa
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












