Xəzərdə kruiz gəmisinin istifadəyə veriləcəyi tarix açıqlandı

Xəzər dənizində hərəkət edəcək “Pyotr Velikiy” kruiz gəmisinin növbəti turizm mövsümünə qədər istifadəyə verilməsi planlaşdırılır.
Bunu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.
Onun sözlərinə görə, hazırda gəminin sınaqları aparılır.
İ.Babuşkin qeyd edib ki, İran, Türkmənistan və Qazaxıstandan olan tərəfdaşlar yeni kruiz marşrutlarının yaradılması imkanlarını nəzərdən keçirməyə hazırdırlar.
“Pyotr Velikiy” Aktau, Türkmənbaşı, Bakı və Mahaçqala limanlarına daxil olmaqla Volqa çayı, Azov, Qara və Xəzər dənizlərində üzəcək.
İ.Babuşkinin sözlərinə görə, 60 ildən artıqdır ki, Rusiyada bu sinfə aid gəmilər inşa edilmir: “Pyotr Velikiy” kruiz gəmisi inşa edilən zaman Həştərxan gəmi inşaatçıları gəmiqayırmada yeni bir istiqamətə yiyələniblər. Bu, bizim bölgəmizə analoji işlərin sifarişini qəbul etməyə imkan verəcək. Biz layihənin davam etdirilməsinə və seriyalı tikintiyə, o cümlədən Xəzəryanı dövlətlərdən olan tərəfdaşlarımıza dəstək verməyə hazırıq”.
“Pyotr Velikiy” “Lotos” gəmiqayırma zavodunda “Mosturflot” operatoru üçün tikilib. Gəminin göyərtəsində sərnişinlər restoran, spa, idman zalı, hovuz və saunadan istifadə edə biləcəklər. Ümumilikdə “üzən mehmanxana”da 310 nəfərin yerləşdiyi 155 kabinə var. 90 işçi turistlərə xidmət göstərəcək. İlin sonuna qədər gəmi çaylarda və dənizdə sınaqdan keçiriləcək.
report
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO










