Xəzərin sahilində 80-dən çox suiti cəsədi tapıldı

Jayk-Xəzər Regionlararası Balıq Təsərrüfatı Hövzə Müfəttişliyinin əməkdaşları Manqistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizi sahilində monitorinqlər zamanı sahildə 88 suiti cəsədi aşkar ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, son vaxtlar sahil sularında qərb küləyi üstünlük təşkil edib və bu, ölü suitilərin cəsədlərini sahilə gətirib.
Hidrobiologiya və Ekologiya İnstitutundan bildirilib ki, heyvan qalıqları artıq çürümə mərhələsindədir ki, bu da sonrakı laboratoriya tədqiqatları, o cümlədən toksikoloji və patoloji analizlər üçün yüksək keyfiyyətli nümunə götürməyi mümkünsüz edir: "Hazırda su heyvanlarının ölüm səbəblərini müəyyən etmək çətindir, çünki heyvanların ehtimal olunan ölümündən 2-3 həftə keçib".
Bildirilib ki, Xəzər dənizinin sahil zolağında monitorinq davam edir, suitilərin tələf olması ilə bağlı vəziyyət Komitənin nəzarətindədir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












