Xocavənddə düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində hiyləgər düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.
ANAMA-dan verilən məlumata görə, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı çox saylı tələ - mina basdırıb və gizlədib. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüsündə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX














