Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Yanvarın 23-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 23-ü saat 16:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Belə ki, Gəncə, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Goranboy, Göyçay, Kürdəmir, Sabirabadda arabir yağış, Altıağacda isə qar yağır.
Cənub-şərq küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Altıağacda 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 18 m/s, Xaltan və Kəlbəcərdə 17 m/s-yə çatıb.
Naftalan, Daşkəsən, Şəki, Qax, Şəmkir, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 9 , Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












