Yango ilə səyahətlərinizi Bir Bonus-la ödəyin, pulunuz cibinizdə qalsın!

Bir ekosistemdən Birbonuslulara şad xəbər var. Hansı taksi sərfəlidir? – sualına Birbonuslular indi daha rahat cavab verə bilərlər. Çünki Yango tətbiqində taksi xidməti ilə əməkdaşlıq ekosistem müştərilərinə yeni imkanlar qazandırır.
Avtosfer.az xəbər verir ki, indi istifadəçilər bonuslarını Birbank və m10 tətbiqdaxili və QR ilə ödənişlərdə, Birmarket və Trendyol sifarişləri, ictimai nəqliyyatda BakıKart ilə ödənişlər, mobil nömrə balansının artırılması, kommunal ödənişlərlə yanaşı, həm də Yango-da taksi gedişlərinin ödənişi zamanı istifadə edə bilərlər. Bunun üçün Yango tətbiqində Bir ID ilə qeydiyyatdan keçərək, bonus kabinetini aktivləşdirmək kifayətdir.
Bir ekosistemi və Yango arasındakı bu əməkdaşlıq müştərilərin gündəlik həyatını daha rahat etməklə yanaşı, bonuslardan istifadə sferasını da xeyli genişləndirir. Bu isə istifadəçilərin vaxtına və büdcəsinə əlavə dəyər qatır. İstifadəçilər səfərin dəyərinin 90%-dək hissəsini bonuslarla ödəyə bilərlər. Hər bir bonus 1 manata bərabərdir və cari bonus balansı birbaşa Yango tətbiqində əks olunur.
Ətraflı: www.b-b.az/bbyto
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












