Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO

Polis əməkdaşları narkotik vasitə və soyuq silah ələ keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 22.206 qram narkotik vasitə olan, tiryək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən 4 ədəd bağlamada, ümumi çəkisi 9 kq 40 qram, narkotik vasitə olan, tiryək aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertiziyaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












