“YAŞAT” marafonunda toplanan vəsait AÇIQLANDI

“YAŞAT” marafonuna start verildiyi 29 aprel tarixindən bu günə qədər bir milyon manatdan artıq vəsait toplanıb”.
Avtosfer.az-ın məlumatına görə, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov “YAŞAT” marafonun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb.
O qeyd edib ki, “YAŞAT” marafonu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb:
“Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını “dəmir yumruq” ətrafında birləşdirmək olub”.
Fond rəhbəri əlavə edib ki, 25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib:
“Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilərimiz çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 “Skype” bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub”.
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edilib
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?











