Yeni Klinikanın qarşısındakı uzun növbə ilə bağlı açıqlama - VİDEO

Vətəndaşlar Yeni Klinikanın qarşısında uzun müddət növbə gözləmək məcburiyyətində qalıblar.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xəstəxanaya gələn pasiyentlərin içəri daxil olmaqda çətinlik çəkdiyi bildirilir.
Məsələ ilə bağlı Yeni Klinikadan cavab olaraq qeyd edilib ki, həmin şəxslər xəstəxanaya erkən saatlarda gəliblər: “Tibb müəssisəsində tətbiq olunan sistemlərdə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Klinikada həkim qəbulları saat 09:00-da başlayır. Növbə sıxlığının qarşısını almaq məqsədilə qeydiyyat prosesi saat 08:00-dan etibarən həyata keçirilir.
Görüntülərdə əks olunan vətəndaşlar qeydiyyatın başlanmasını gözləmək üçün Klinikanın qarşısına erkən saatlarda gələn şəxslərdir. Qeyd etdiyimiz kimi, Klinikanın qapıları saat 08:00-da açılır və vətəndaşlar növbəli şəkildə içəri daxil olurlar”.
Məlumatda həmçinin bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada həm canlı, həm də onlayn növbə sistemi tətbiq olunur. Vətəndaşlar “e-Tabib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçdikdən sonra seçdikləri həkim-mütəxəssis üçün onlayn növbə əldə edə bilirlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












