Yeni mexanizm: İctimai nəqliyyatda məsafəyə uyğun ödəniş ediləcək - VİDEO
Xəbərlər
10 Mart 2021 15:27

İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiq edilməsi gediş haqqı qiymətinin artımı kimi başa düşülməməlidir. Tarifdə dəyişiklik olmazsa, qiymət artımından söz gedə bilməz.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O bildirib ki, bu mexanizmə əsasən, sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər: “Bəzi xarici ölkələrdə ictimai nəqliyyatda fərqli mexanizm tətbiq edilir. Onlarda sərnişinin ödədiyi gediş haqqı məsafəyə görədir. Bizdə isə bu, belə deyil. Məsələyə obyektiv yanaşsaq, burada ədalətsizliyin olduğunu görərik. İctimai nəqliyyatda belə bir prosesin baş verməsi labüd idi. Pandemiyadan sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də daha təkmilləşdirilmiş və səmərəli mexanizmlər tətbiq olunmalıdır. Bir ictimai nəqliyyatdan istifadə edərək qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişinin eyni məbləği ödəməsi düzgün yanaşma deyil. Bu mexanizmi tarifin və qiymətlərin qalxması kimi düşünməməliyik. Ola bilsin ki, bəzi sərnişinlər əvvəl ödədiyi gediş haqqından bir az daha artıq ödəyəcək. Bir çox sərnişin isə getdiyi yol qədər ödəyəcək”.
Ekspert onu da qeyd edib ki, bütün ictimai nəqliyyat vasitələri yeni mexanizmə texniki cəhətdən hazır olmalıdır: “Hesab edirəm ki, BNA-nın son dövrlər aldığı iri tutumlu avtobuslarda bu sistemlər var. Sərnişin avtobus və ya metroya daxil olanda da, düşəndə də öz kartını oxudacaq və onun gediş məsafəsi avtomatik hesablanaraq kartından çıxılacaq”.
Oxunub : 1498
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












