Yeni tikilən məktəbdən oğurluq edən şəxslər SAXLANILDI - FOTO

Yeni tikilən məktəbdən oğurluq edən Biləsuvar sakinləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












