Yeraltı və yerüstü piyada keçidlərində maska taxmaq məcburidir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Mayın 31-dən etibarən açıq havada maska taxmaq ləğv olunsa da qapalı məkanlarda bu qadağa hələ də qüvvədə qalır. Belə yerlərdən biri də yeraltı və yerüstü keçidlərdir. Belə yerlərdə maska taxmayan vətəndaşlara hələ də rast gəlmək mümkündür. Polis belə şəxslərə xəbərdarlıq edib.
İnsanlar məlumatsız olsalar da, əslində qapalı yeraltı və yerüstü keçidlərdə maska taxmamaq qanun pozuntusudur.
Vətəndaşların əksəriyyəti bu qaydadan xəbərsizdir. Keçidi keçmək üçün maska taxmağın mənasız olduğunu düşünənlər də var, virusdan qorunmaq üçün bu qaydanın vacib olduğunu deyənlər də.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurlan Əliyevin sözlərinə görə, vətəndaşların bu kimi mövzularda diqqətli olmalarında fayda var. Çünki doğru bildikləri yanlış onların qayda pozması, İnzibati xətalar məcəlləsinin 211.2-ci maddəsinə əsasən cərimə ödəmələri ilə nəticələnə bilər.
Qeyd edək ki, maskadan istifadə etməmənin cəriməsi fiziki şəxslərə ilk dəfə 100, ikinci dəfə isə 200 manatdır. Hüquqi şəxslər bu qayda pozuntusuna görə 300, vəzifəli şəxslər isə 600 manat cərimə ödəyəcək.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












