Yevlaxda velosiped yarışı keçirilib - FOTO

15 iyun Milli Qurtuluş günü münasibəti iləYevlax şəhərində Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə velosiped yarışı keçirilib.
Avtosfer.az xəbər verir ki, əvvəlcə yarış iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərindəki abidəsini ziyarət edərək abidə önünə önünə tər çiçəklər düzüblər.
Tədbirin əvvəlində həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirildi. Daha sonra keçirilən velosiped yarışında hər biri 3 nəfərdən ibarət 30 komanda qələbə uğrunda mübarizə aparmışdır. Gərgin keçən yarışda 1-ci yerə Balçılı, 2-ci yerə Gənclər evi və 3-cü yerə Qaramanlı komandası çıxdı.
Əsas məqsədi yeniyetmə və gənclərin sağlam həyat tərzinə marağının və velosiped idmanının kütləviliyinin artırılması olan bu yarışların qalibləri, 2-ci və 3 yer tutan idmançılara Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının Fəxri fərman və qiymətli hədiyyələri, digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim edildi.
Həvəskarlar arasında olan yürüşdə fərqlənən 10 nəfər hədiyyə və Fərxri fərmanla mükafatlandırıldılar.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO





















