“Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” layihəsinin icrasına başlanılır – FOTO

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi 1 May 2025-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihənin icrasına başlayır.
Avtosfer.az xəbər verir ki, layihənin məqsədi yol qəzalarının səbəblərinin araşdırılması, nəticələrin təhlil olunması, müsbət beynəlxalq təcrübənin öyrənilməsi, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə respublikamızda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə ictimai dəstək verilməsidir.

Layihə çərçivəsində nəzərdə tutulan ictimai müzakirə və tədbirlərin paytaxt Bakı şəhəri ərazisində həyata keçirilməsi nəzərdə tutulur. Statistikaya görə, ölkə ərzisində mövcud 1 milyon 864 min nəqliyyat vasitəsinin 85 faizi paytaxt Bakının payına düşür. Bu səbəbdən də birbaşa təbliğatın paytaxt ərazisində aparılması məqsədəuyğundur. Lakin onlayn və sosial medianın, eləcə də radio və TV-lərin imkanlarını nəzərə alsaq aparılan maarifləndirmə Azərbaycanın bütün ərazisini əhatə edəcək. Həmçinin sosial şəbəkə platformalarında (“Youtube”, “Facebook”, “İnstaqram” və “TikTok”) açılan canlı yayımlarda aparılan müzakirələrə respublikanın bütün ərazilərindən qoşulmaq, maarifləndirici söhbətləri ölkənin bütün ərazisindən dinləmək mümkün olacaq.
Layihənin icra müddəti 3 aydır.
Səfər
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək













