Zaqatalada avtomobilində konstruksiya dəyişikliyi edən sürücülər cərimələnib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən kobud qayda pozuntuları törədən, avtomobillərində konstruksiya dəyişikliyinə yol verən sürücülərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, yəni konstruksiya dəyişikliyinə yol verən, qarşı hərəkət zolağına çıxan sürücülər aşkarlanıb.
Həmin sürücülərə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib və bu kimi halların həm özlərinin, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Ümumilikdə keçirilən profilaktik tədbirlər nəticəsində sadalanan qayda pozuntularını törədən 21 sürücü barəsində inzibati protokol tərtib olunub.
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var












