Zaqatalada selin dağıtdığı körpü bərpa olunub, gediş-gəliş təmin edilib - FOTO

Zaqatala rayonunda sel nəticəsində dağılan körpü müvəqqəti bərpa olunub, gediş-gəliş təmin edilib.
Bu barədə "Report"un Şimal-qərb bürosuna Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.
Komissiya sədri bildirib ki, rayonun "Qazangül" adlanan ərazisində avtomobillərin və sakinlərin istifadə etdiyi körpünün bir hissəsi dünən axşam saatlarında çaya gələn güclü sel nəticəsində yuyulmuşdu: "Bu gün səhər saatlarından etibarən körpünün yuyulan hissəsinə daş-çınqıl tökülərək bərpa olunub. Hazırda sakinlərin gediş-gəlişi ilə bağlı bir problem yaşanmır".
Qeyd edək ki, qeyri-sabit hava şəraiti nəticəsində Zaqatala rayonu ərazisində ciddi fəsadlar meydana gəlib. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














