“Zara”nın reklamı Türkiyədə narazılığa səbəb oldu

Zara brendinin Almaniyadakı yeni reklamı “Twitter”in Türkiyə seqmentində ciddi narazılığa səbəb olub.
Türkiyə sakinləri ispan brendinin reklamında çörəyin ayaqqabı üçün dayaq kimi istifadə edilməsindən hiddətləniblər. #zarahaddinibil heşteqi “Twitter”də getdikcə populyarlaşır. “Uşaqlıqda yolda çörəyi görəndə deyirdilər ki, bu nemətdir, insanlar ayağını basmasın deyə ya yuxarı qoyaq. Bu iyrənc reklamdır. Hər şeydən üstün olmalı olan çörək tapdalanır. Ayıbdır”,- istifadəçilərdən biri yazıb. “Çörək zəhməti, ədaləti, birliyi simvolizə edir. Hansısa ölkədə insanların çörəyə ehtiyacı var, hansısa qlobal şirkət isə reklam üçün çörəyi ayaq altına atır. Bizim dəyərlərimiz daha necə alt-üst olacaq?”, - digər istifadəçi etiraz edir. “Twitter” istifadəçiləri brendi çörəyə edilən təhqirə görə üzr istəməyə çağırır.
Mənbə: gazeta.ru
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












