Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər - Metyu Brayza

Zəngəzur dəhlizi Azərbaycana böyük investisiyalar gətirə bilər. Avtosfer.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Beynəlxalq İnvestisiya Forumunda deyib. Azərbaycanın Türkiyə, Gürcüstan və Avropa ilə qarşılıqlı əlaqələrindən istifadə edərək öz müstəqilliyini gücləndirdiyini vurğulayan Brayza qeyd edib ki, Azərbaycan cazibədar bir investisiya mühiti yaradıb. “O vaxt Heydər Əliyev Azərbaycan neft-qazını dünyaya açıq elan etdi və dedi ki, biz xarici investorları cəlb etməliyik. O zaman ABŞ-ın burada iqtisadi yox, geosiyasi maraqları var idi”, - sabiq səfir əlavə edib. O, “Qarabağ münaqişəsinin uzun illər həmişə investorların başı üzərində bir təhlükə” olduğunu diqqətə çatdırıb. Metyu Brayza Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasınını zəruriliyini də vurğulayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












