"Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək" - DİN rəsmisi

"Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına mühüm töhfə verəcək".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyi (DİN) Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tam gücü ilə işə salınması tarixi hadisə olacaq:
"Zəngəzur dəhlizi ilk növbədə ölkə və region, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək. Süveyş kanalının açılması həmin regionun dövlətlərinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi qarşılıqlı fayda planında ciddi dəyişikliklərin başlanğıcı olacaq".
O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə ictimai və mədəni həyatda müsbət proseslər vüsət alacaq:
"Bu prosesə ən böyük töhfəni, şübhəsiz, bizim qeyri-hökumət təşkilatlarımız verəcək. QHT-lərimiz həm ölkə daxilindəki inkişafı dəstəkləyəcək, həm də region ölkələri ilə inteqrasiya yönündə fəaliyyətlər göstərərək irəliyə yol açacaqlar. Türk dünyasının geniş coğrafiyasında vətəndaş cəmiyyətinin güclənməsi həm də bölgəmizdə sülhün, inkişafın və sabitliyin möhkəm əsaslar üzərində qurulması deməkdir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












