Zəngəzur dəhlizində avtomobil yolu nə vaxt istifadəyə verilə bilər? - AÇIQLAMA

“Zəngəzur dəhlizinin daha tez istifadəyə verilməsi mümkündür. Azərbaycan tərəfi ərazisindən keçən yol xəttini növbəti ilin sonuna qədər tamamlamağı planlaşdırır”.
Bu fikirləri deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramlı bildirib.
Deputat qeyd edib ki, Ermənistan tərəfi də ərazisindən keçən 43 km-lik hissəni 2026-cı ilin sonuna qədər tamamlaya bilər:
“Avtomobil yolunun 2026-cı ilin sonuna qədər hazırlanıb təhvil verilməsi Ermənistan tərəfindən asılıdır. Bu müddətdə dəmir yolu xəttini də yekunlaşdırmaq mümkündür. Təbii ki, bütün bu məsələlər tenderin nə vaxt keçirilməsindən və şirkətlərin cəlb olunmasından asılıdır. Gözlənti ondan ibarətdir ki, Ermənistan ərazisindən keçən dəhlizi ABŞ şirkətləri quracaq. Qeyd etdiyim kimi, tender qısa müddətdə baş tutacaqsa, layihəni 2026-cı ilin sonlarına qədər yekunlaşdırmaq mümkündür”.
Millət vəkili vurğulayıb ki, sülh sazişinin imzalanması yeni imkanlara yol açacaq:
“Bu, ilk növbədə Qafqaza daha çox sərmayənin cəlb edilməsinə kömək edəcək. Həmçinin ölkələr arasında kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası mümkün olacaq. İxrac və idxal imkanları artacaq. Düzdür, bu mərhələli prosesdir. İlk növbədə, ölkələr və cəmiyyətlər belə bir əməkdaşlığa psixoloji cəhətdən hazır olmalıdır. Lakin dediyim kimi, bizim üçün əsas bu dəhlizin işə düşməsidir. Ölkəmiz həm avtomobil, həm də dəmir yolunun inşası istiqamətində intensiv işlər aparır. Avtomobil yolu üzrə işlər tamamlanmaq üzrədir. Bütün bunlar xəbər verir ki, Ermənistan da qısa zamanda işlərə başlayarsa, növbəti ilin sonuna qədər həm avtomobil, həm də dəmir yolu hazır ola bilər”.(yenicag)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












