Zəngəzur dəhlizindən keçidlə bağlı YENİ DETALLAR

Nikol Paşinyan parlamentdə çıxışı zamanı azərbaycanlıların Zəngəzur dəhlizindən necə keçəcəkləri ilə bağlı sualı cavablandırarkən deyib ki, “sərhəddə pasportların oxunması cihazlarından istifadə ediləcək, nəticədə insan müdaxiləsi olmayacaq, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edəcəklər”.
Avtosfer.az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rəsmi Bakının İrəvandan tələbi Zəngəzur dəhlizindən Azərbaycan vətəndaşlarının və nəqliyyat vasitələrinin maneəsiz, təhlükəsiz keçidi idi:
"Ermənistan prinsipcə bunu qəbul edib və artıq sərhəd-keçid məntəqələrində təxminən xüsusi yüksək texnoloji skanerlər quraşdırılacaq. Onlar uzaqdan pasportların yoxlanması prosesini həyata keçirəcək, həmçinin maşınlardakı yükləri müəyyən edəcəklər. Bu zaman demək olar ki, insan təması minimum həddə enəcək.
İstənilən də budur, Nikol Paşinyanın açıqlaması da məhz bu yöndədir. Şübhəsiz ki, bunun üçün real imkanlar var. Hazırkı texnoloji cihazlar məhz bu cür təmassız yoxlamalara imkan yaradır".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












