"Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır" - Rəşad Nəbiyev

"Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq".
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir bildirib ki, hazırda ildə 15 milyon tona qədər buraxılış qabiliyyəti olan Zəngəzur dəhlizinin tikintisi fəal şəkildə aparılır:
"Horadiz-Ağbənd dəmir yolu ilə bağlı işlər 2026-cı ildə tamamlanacaq. Paralel olaraq, Azərbaycan Naxçıvandan keçən, təxminən 200 kilometrlik dəmir yolu hissəsinin bərpası üzərində işləyir. Biz bu magistralın layihələndirilməsini başa çatdırırıq və yaxın zamanda tikinti işlərinə başlayacağıq. Bir neçə gün sonra "Azərbaycan Dəmir Yolları" bu layihənin icrasına başlayacaq".
R.Nəbiyev qeyd edib ki, bu ilin fevral ayından Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycan dəmir yollarının strukturuna inteqrasiya edilib: "Bu, nəqliyyat əməliyyatlarının və logistik proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Cari ilin 10 ayı ərzində Bakı limanında Azərbaycan dəmir yolları tərəfindən emal olunan yüklərin miqdarı təxminən 40 % artıb".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












